7News.Az xəbər verir ki, Facebook istifadəçisi Elçin Bayramov yazır: Bir müddət əvvəl Qusar rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov oğlu Kənan üçün universiteti bitirməyi münasibətilə 40-45 nəfərlik məclis təşkil edib.
Məclisdən sonra direktorun evindən 15 min manata yaxın pul itib. Bir müddət sonra pulun bir hissəsi, yəni 5 min manatı qoyulduğu yerdə peyda olub.
Məlum olub ki, pulu direktorun oğlu Kənan oğurlayıb.
5 min manatı isə görün hara xərcləyib.
O, qonşu Həzrə kəndindən bir qız sevirmiş. Qızın da universitetdə kəsrləri olub. Oğlan pulu qıza, qız da universitetə verib kəsrləri bağlatdırıb. Yerdə qalan 5 min manat isə hələ də tapılmayıb.
7News.Az








