RU
Məktəb direktoru şagirdi döydü
23:33
7978

Məktəb direktoru şagirdi döydü

Hövsan qəsəbəsində yerləşən Ələddin Məmmədov adına 76 saylı tam orta məktəbdə direktor şagirdi döyüb.

Məktəbin direktoru Tehranə Tağıyeva şagirdlər arasında yoxlama apararkən, 6-cı sinif şagirdi Emil Kərimova saçının uzun olması ilə bağlı irad bildirib. Bu zaman direktor uşaqların yanında ona bir sillə vurub və “get saçını kəsib gəl” deyərək məktəbdən qovub.

Məsələnin kökünü öyrənmək üçün adı çəkilən məktəbə getdik. Direktor Tehranə Tağıyeva xeyli çək-çevirdən sonra çox məşğul olduğunu bildirərək, sözü müavininə ötürdü. Təlim tərbiyə işləri üzrə direktor müavini Nəriman İsmayılov şagirdin döyülməsi faktı ilə razılaşmayaraq deyilənləri təkzib etdi:

Amma valideynlər direktor müavininin sözləri ilə razı olmadı. Onlar bildirdi ki, direktor Emili vurub və məktəbdən qovub. Şagirdlərə və valideynlərə də hadisə barədə heç kimə məlumat verməmək tapşırılıb. O da bildirildi ki, bu Tehranə Tağıyevanın ilk əməli deyil.

Məktəb rəhbərliyi məsələni nə qədər gizli saxlamağa çalışsa da, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi faktı araşdırır. Araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq./atv

7news.az

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ