RU
00:34
637

"Məktəb vaxtı o qədər də gözəl deyildim" – Məleykə Əsədovanın ARXİV FOTOSU

"Uşaqlıqdan arzum aktrisa olmaq olub. Məktəb illərimdən inşalarda belə aktrisa olacağımı bildirirdim”.

7News.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova "Space” telekanalında yayımlanan "Həyat, sevgi və göz yaşları” proqramında deyib. Aktrisa həyatının maraqlı dönəmlərindən də söhbət açıb:

 
"Məktəb vaxtı o qədər də gözəl qız deyildim. Arıq, uzun qız idim. Atamın rəhmətə gedəcəyini yuxumda görmüşdüm. Elə ad günündə də rəhmətə getdi”. Aktrisa anasından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Anam rəhmətə gedəndən sonra həyatın bütün çətinliklərini gördüm. Mən çatmadım, anamın ölməyini görmədim. Ailə həyatım da alınmadı. Doğrudan da tək qaldım”.




7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ