RU
Məktəb yaxınlığında satılan toyuq dönərindən 18 nəfər zəhərləndi
11:50
113

Məktəb yaxınlığında satılan toyuq dönərindən 18 nəfər zəhərləndi

Türkiyədə toyuq dönərindən kütləvizəhərlənmə olub.
7News.Az lent.az-a istinadən bildirir ki, hadisə Bartın vilayətindəki orta məktəb binasının yanındakı restorandan birində baş verib.

Naharda toyuq dönəri yeyən 10-u tələbə olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.

Zəhərlənənlər arasında olan hamilə qadının xəstəxanada müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ