RU
Məktəbdə intihar etmək istəyən qızı müəllimi xilas etdi - Hadisənin VİDEOsu
14:40
753

Məktəbdə intihar etmək istəyən qızı müəllimi xilas etdi - Hadisənin VİDEOsu

Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində anası ilə mübahisə etdikdən sonra məktəbin III mərtəbəsindən özünü atmaq istəyən 17 yaşlı qız şagird bədən tərbiyəsi müəllimi tərəfindən xilas edilib. 

Sinif yoldaşlarının və müəllimlərinin bütün səyinə rəğmən pəncərədən düşməyən qızı yan pəncərəyə çıxan bədən tərbiyəsi müəllimi yola gətirmək üçün uzun müddət "dil tökməli" olub. Müəllimin sözləri sonrası diqqəti dağılan qızı tutan xilasetmə əməkdaşları onu pəncərədən aşağı salıblar.

Gözyaşları içində pəncərədən endirilən qız təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Polis olayla bağlı araşdırma aparır. 

Bu da intihara cəhd anlarının görüntüsü:/milli

 

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məktəbdə intihar etmək istəyən qızı müəllimi xilas etdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ