Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.
Hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalara başlanılıb./report
7News.az









