İsveçrədə maskalı şəxs məktəbə qılıncla hücum edib.
7news.az xarici KİV-ə istinadən xəbər verir ki, Trollhattan şəhər məktəbinə hücum edən şəxs 4 şagirdi və bir valideyni yaralayıb. Hücum məktəbdə böyük panika yaradıb, məktəbdəki şagirdlər təxliyyə edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Trollhattan polis rəisi Stefan Guastafson açıqlamasında maskalı şəxsin polislər tərəfindən vurularaq zərərsizləşdirildiyini bildirib.
7news.az












