RU
Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək - Rəsmi
12:30
580

Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək - Rəsmi

Məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər səslənir.

"Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur",- deyə o əlavə edib

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ