RU
Məktəbi zəbt edən şirkət su idarəsi ilə birləşib əhalini susuz qoydu - SUMQAYITDA
16:10
860

Məktəbi zəbt edən şirkət su idarəsi ilə birləşib əhalini susuz qoydu - SUMQAYITDA

Sumqayıtda su problemi yaranıb. Məlumata görə, Su-Kanal İdarəsi su vuran nasosxanalardan istifadəni dayandırıb. Sakinlərin sözlərinə görə, su evlərə öz təzyiqi ilə birbaşa verilir. Lakin 12-ci mikrorayonda bu mexanizm özünü doğrultmur, mənzillərə su qalxsa da suqızdırıcı cihazlar təzyiq olmadığından işləmir.

Şikayətçilər Cebhe.info-ya bildiriblər ki, iki gün öncə  idarəyə şikayət ediblər:"Bu gün tezdən gəlib dedilər ki, 21 nömrəli məktəbin ərazisində evlər tikən tikinti şirkəti nasosxanadan çıxan boruları yararsız hala salıb, təmir işləri aparacaqlar, boruları kəsib birbaşa birləşdirəcəklər. Bu isə o deməkdir ki, su nasosxanaya verilmədən evlərə vurulacaq, problem də həll olunacaq”.

Şikayətçilərin sözlərinə görə, əvvəl nasosxanaya gedən xətti kəsiblər. Artıq iş yekunlaşmaq üzrə olarkən yeni göstəriş gəlib: "Göstəriş verildi ki, yenə əvvəlki kimi birləşdirilsin. Tikinti şirkəti təzyiq edir. Səbəb də odur ki, nasosxanaya gedən borudan su götürür. Məktəbin idman meydançasını qanunsuz zəbt edən bu şəxslər üçün əhalinin susuz qalması önəmli deyil, təki işləri dayanmasın ”. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ