RU
Məktəblərdə 5 günlük dərs həftəsi ləğv olunacaq?
16:51
1073

Məktəblərdə 5 günlük dərs həftəsi ləğv olunacaq?

Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

7News.Az-ın məlumatına görə, nazirlikdən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 5 günlük dərs həftəsinin ləğvi gözlənilmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, orta məktəblərin yenidən 6 günlük tədris sisteminə keçidi təklif olunur. 5 günlük dərs sisteminin tədris vəsaitini qavramaq üçün yetərli olmadığı göstərilir.

Ekspertlər isə təhsilin müddətinin onun keyfiyyətinə təsir etmədiyini bəyan edirlər. Onların fikrincə, təhsilin müddəti keyfiyyətlə ölçülmür.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ