RU
Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi
13:48
762

Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi

DİN məlumat yaydı.

Abşeron RPİ əməkdaşları məktəblilərə qənim kəsilmiş oğru dəstəsini ələ keçirə biliblər.

7News.Az-a DİN-in mətbuat xidmətindən verilən məluamta əsasən, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov,Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ