RU
Məktəbli gündəliyində biabırçı səhv
09:27
762

Məktəbli gündəliyində biabırçı səhv

Məktəbli gündəliyində biabırçı səhv Şagirdlərin istifadə etdiyi məktəbli kitabçasında böyük səhvə yol verilib.

Şagirdlərin istifadə etdiyi məktəbli kitabçasında böyük səhvə yol verilib. Kitabçada dövlət bayramlarının tarixləri yanlış göstərilib. Məktəbli kitabçasında Dövlət Bayrağı gününün 18 oktyabr, Dövlət Müstəqilliyi Günü isə 9 noyabr tarixi kimi göstərilib. Səhvə yol verilən məktəbli kitabçası ''Turan evi'' nəşriyyat tərəfindən çap edilərək satışa çıxarılır.

Məsələ ilə bağlı gündəliyi çap edən ''Turan evi'' nəşriyyatla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə deyir ki, gündəlikdə qeyd olunan detallar onu çap edən nəşriyyatın öhdəsindədir, məktəbli kitabçasının nəşri nazirliyin tabeliyində deyil. Buna baxmayaraq, məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılacaq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ