RU
Məktəbli qız cin çağırdı, dəli oldu - VİDEO - FOTO
12:45
916

Məktəbli qız cin çağırdı, dəli oldu - VİDEO - FOTO

Peruda "Çarli Çarli" oyununun qurbanlarının sayı artır. Bu oyun zamanı yeniyetmələr iki karandaş və kağız vərəqin köməyi ilə "Çarli" adlı cini çağırırlar.

7News.az El Mundo-ya istinadən bildirir ki, İspaniyada yaranan və sonra Latın və Mərkəzi Amerikalardakı ölkələrə "köçən" qədim "Juego de la Lapicera"nın ("Qələmlə oyun") törəməsi olan "Çarli Çarli"ni oynayanlar kağız vərəqi dörd yerə bölür, iki bölməyə "Hə", iki bölməyə "yox" yazır, sonra iki qələmi bir-birinin üzərinə çarpaz şəkildə qoyurlar.

Seqmentlərin sayı artırıla da bilər.

Bundan sonra "Çarli, Çarli, buradasan?!" deyilir. Guya yuxarıdakı qələm hərəkətə gəlir və cavabı göstərir. Əgər hərəkət edən qələm "Hə" seqmentində olarsa, onda "Cin Çarli"yə suallar verir.

"Çarli Çarli" oyununun qurbanlarının sayı sürəkli artır. Çünki oyun nəticəsində isteriyaya qapılanlar, hətta dəli olanlar var.
Perunun İkitos şəhərində də yeniyetmə qız bu oyunun qurbanı olub.

O, "Çarli"ni çağırandan sonra qəflətən isteriyaya qapılıb, yanındakı sinif yoldaşlarına hücum çəkib, onları vurub.
Qızın bağırdığını görənlər polis və təcili yardım çağırıblar.

Olay yerinə keşiş və rahibə də gəlib. Onlar qızın vücuduna "Çarli"nin yerləşdiyini söyləyiblər, ekzorsisə, yəni "cinçıxarma prosedur"una başlayıblar.

Həkimlərin dediklərinə görə, qızda ciddi əqli fəsadlar yaranıb.

Məktəbli qız cin çağırdı, dəli oldu

 


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ