RU
Məktəbli özündən 20 yaş böyük yerlisini ölümcül etdi
17:30
586

Məktəbli özündən 20 yaş böyük yerlisini ölümcül etdi

Lənkəranda məktəb şagirdi özündən yaşca 20 il böyük həmkəndlisini bıçaqlayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, rayonun Boladi kəndində bıçaqlanma hadisəsi baş verib.

Belə ki, noyabrın 9-dan 10-na keçən gecə saat 12 -1 radələrində 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Hüseynov Saleh Şücaət oğlu özündən 20 yaş böyük həmkəndlisi, 1978-ci il təvəllüdlü Heydərov Vüqar Təyyar oğlunu bıçaqlayıb.

Boyun və ürək nahiyələrindən bıçaq xəsarətləri alan V.Heydərov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu, çoxlu qan itirdiyi və hələ də komadan ayılmadığı bildirilir.

Hadisəni törədən S.Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ