Məktəblinin bu hərəkəti görənləri duyğulandırıb.
7News.Az xəbər verir ki, Türkiyənin Malatya bölgəsində məktəbli koronavirusla mübarizə üçün başladılan Milli Həmrəylik Kampaniyasına pul yardımı etmək istədiyini bildirib. O, bununla bağlı kəndlərin birindən keçən jandarma qüvvələrinin zabitinə müraciət edib.
Azyaşlının bu hərəkətini telefonuna çəkərək sosial şəbəkədə paylaşıb. Məktəblinin bu addımı insanlar tərəfindən rəğbətlə qarşılanıb. (ölkə.az)








