RU
lombard
Məktub yazıb 7 gün yoxa çıxan kafe sahibi üzə çıxdı: sən demə...
17:20
521

Məktub yazıb 7 gün yoxa çıxan kafe sahibi üzə çıxdı: sən demə...

 
Türkiyənin Kemer şəhərində kafe işlədən 40 yaşlı Tuncay O., ötən həftənin çərşənbə günündən yoxa çıxıb.

7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, tək yaşadığı mənzildə mobil telefonunu və vida məktubunu qoyub gedib.

Özü ilə heç bir şəxsi əşyasını götürmədən evdən çıxan Tuncay yaxınlarına yazdığı məktubda kafeni işlədərək borclarını ödəməyi tapşırıb:

"Allah hamınızdan razı olsun. Haqqınızı halal edin. Mənim haqqım halal olsun. Sağ olun, salamat qalın. Hörmət və sevgilərimlə..."

Yoxa çıxdıqdan sonra polis tərəfindən axtarış işləri başladılıb, lakin bu gün səhər saatlarında adam özü "üzə çıxıb".

Belə ki, polis idarəsinə gələn Tuncay itmədiyini, sadəcə ürəyinin sıxıldığı və bir müddət Antalyada dincəlmək istədiyini bildirib. Maraqlıdır ki, o, evində tapılan məktubdan xəbərsiz olduğunu deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ