RU
Məleykə qızına İstanbulda ad günü etdi -
21:59
2560

Məleykə qızına İstanbulda ad günü etdi -

Xalq artisti Məleykə Əsədova qızı Gülərin ad gününü qeyd edib.

Sənətçi övladının 10-cu doğum gününü İstanbulda keçirib. Sosial şəbəkədə qızı ilə fotolarını paylaşan M.Əsədova bunu belə əlaqələndirib:

“Qızımın 1 yaşı İstanbulda olmuşdu. İstədim ki, 10 yaşı da orada keçirilsin . Qızımın sevinci mənim üçün çox dəyərlidir. Onun simasında Allah bütün övladları qorusun!”.

Xalq artisti övladına olan arzularını da yazıb:

“Nə yaxşı ki, varsan, ömrüm mənim! Allah mənə sənin xoşbəxtliyini görməyi qismət etsin. Mən qadın kimi xoşbəxt olmadım, amma Allahdan diləyim səni xoşbəxt görməkdir. Ən əsası, xətadan, bəladan, mərdimazardan, şərdən uzaq olasan!”./axsam.az

7news.az


 

 

 

 

 

 

 



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ