Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə xarici işlər naziri Elmar Məmmədyarovun görüşü başlayıb.
7News.Az xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, regional və qlobal məsələlər, əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunur.
Görüşdən sonra nazirlər mətbuat üçün konfrans keçirəcək.








