RU
Məmmədyarov: Bu, sülh prosesini öldürmək deməkdir
11:54
634

Məmmədyarov: Bu, sülh prosesini öldürmək deməkdir

Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir.

7news.Az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, bu məsələ Paris görüşü zamanıda müzakirə olunub.

"Mən ATƏT-in Minsk qrupunun həmsədirləri ilə görüşdə birmənalı şəkildə qeyd etdim ki, ermənilərin belə bir istəyi sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. O ki qaldı bundan sonrakı danışıqlara, həmsədrlər Ermənistana səfər etməlidirlər ki, yeni hakimiyyətilə tanış olsunlar. Bundan sonra danışıqlarla bağlı yeni mərhələ müzakirə oluna bilər”, - deyə XİN başçısı əlavə edib. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ