Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak arasında görüşü başlayıb.
7News.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycandan sonra Ermənistana səfər edəcək.








