Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüb.
Bu barədə 7News.Az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
7News.Az








