RU
Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb
18:04
441

Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ