RU
Məmmədyarov-Nalbandyan görüşü niyə ləğv olundu?
11:19
1524

Məmmədyarov-Nalbandyan görüşü niyə ləğv olundu?

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) iyun ayına nəzərdə tutulan Məmmədyarov-Nalbandyan görüşünün ləğv olunması ilə bağlı xəbərə aydınlıq gətirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a açıqlamasında belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün ləğv olunduğunu bildirib. Balayan iyunun 2-də Nalbandyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ