“Bu gün cəbhə xəttində Azərbaycan zabitinin öldürülməsi Qarabağ üzrə danışıqların intensivləşməsinin vacibliyini göstərir”
7News.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə birgə keçdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cəbhədə baş verən hadisələr onu göstərir ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların intensivləşdirilməsindən narahat olan qüvvələr var.
“Belə hadisələr əvvəl də baş vermişdi. Bu hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək. Bu onu göstərir ki, münaqişə diplomatik yolla həll olunmalıdır.”.








