XİN məlumat yaydı.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Qətərə səfər edəcək.
Bu barədə 7news.Az-a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, E.Məmmədyarov Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak edəcək. Forum çərçivəsində nazir Elmar Məmmədyarovun “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.
7news.Az








