RU
Məmmədyarov “Şərq tərəfdaşlığı” ölkələrinin qeyri-rəsmi görüşünə qatılacaq
17:13
215

Məmmədyarov “Şərq tərəfdaşlığı” ölkələrinin qeyri-rəsmi görüşünə qatılacaq

Siyasi əlaqələr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Noyabrın 26-27-də Tbilisidə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin 6-cı qeyri-rəsmi görüşü keçiriləcək.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovda iştirak edəcək.

Toplantıya Aİ tərəfdən Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və Aİ Xarici Siyasət İdarəsinin sədr müavini Helqa Şmid qatılacaq.

Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxsləri iştirak edəcək. Görüşdə siyasi əlaqələr və sağlamlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ