RU
Məmmədyarov Siddiqlə
16:24
1018

Məmmədyarov Siddiqlə

Britaniyalı səfir Azərbaycanı tərk edir.

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən 7News.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ