Hollandiyadakı şahmat turnirində 5-ci turun oyunları keçirilib.
7news.az xəbər verir ki, İngiltərə təmsilçisi Maykl Adamsla qarşılaşan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov turnirdə ilk qələbəsini qazanıb.
4 turdan sonra Məmmədyarovun 2,5 xalı var. O, 14 iştirakçı arasında 9-cu yerdə qərarlaşıb. Turnir cədvəlinə 3,5 xalla amerikalı Fabiano Karuana başçılıq edir.
Turnir 13 turdan ibarətdir və yanvarın 31-də başa çatacaq.
7news.az








