RU
Məmur qızının intiharı ilə bağlı TƏFƏRRÜAT:
15:09
348

Məmur qızının intiharı ilə bağlı TƏFƏRRÜAT: "Qiymətləri aşağı idi..."

Azərbaycanda intihar edən türk diplomatının qızı, 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Liseyinin tələbəsi olduğu müəyyənləşib.

7News.az xəbər verir ki, liseyin direktoru Rəcəb Batur APA-ya açıqlamasında Şəvval Günlerin liseydə cəza aldığını təsdiqləyib: "Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?"

Direktor həmçinin qeyd edib ki, Şəvval Günler yaxşı oxuyan şagird olmayıb: "Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu".

Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları litseyin müəllimlərinin ifadəsini alır.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ