Ermənistanda məmurlar, oliqraxlar və deputatların bahalı avtomobillərə xüsusi tutqusu var. Yerevanda "lüks avto" sosial status göstərici sayılır.
7news.Az wnews.am-a istinadən bildirir ki, deputat Samvel Aleksanyan rəsmi vergi bəyannaməsində 4 avtomobilinin olduğunu yazıb. Həmin maşınlar Mercedes-Benz -500, VAZ 21 124, S-600 Mercedes Benz, Range Rover Sport 4.2-dir. Bundan başqa, Aleksanyanın Hummer və Rolls-Royce maşınları da var.
Samvel Aleksanyanın qardaşı, Malatiya-Sebastiya dairəsinin bələdiyyə sədri Artak Aleksanyanın Nissan-ı var.
Oliqarx Qagik Sarukyan BMW X -5, Toyota Prado V-6, Jeep Wrangler P 6-4.0, Rolls-Royce B 12-6.7, Nissan Patrol, Rolls-Royce Phantom Coupe, Range Rover Sport 4.4 və 890 min dollarlıq zirehli Mercedes-Benz S-ə malikdir.
Qalust Saakyan dövlət büdcəsinin hesabına aldığı və sonra da uğurla özəlləşdirdiyi Toyota Land Cruiser sürür.
Sünik vilayətinin qubernatoru Surik Xaçatryanın Lexus LX 570-i var.
Deputat Vardan Hayvazyan Bentley və Range Rover Sport təki "ucuz" avtomobillərə malikdir.
Deputat M.Qurgenyan Zenair CH-701STOL markalı təyyarəyə, habelə Lexus 3 LS600hL, Range Rover Super Gharego və Toyota Prado-ya malikdir. .
Deputat Mher Sedrakyanın Rolls-Roys 013 DD 11-i var.
Deputat Artur Gevoryan Honda, "Mersedes G500 və Ferrari-yə malikdir
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qagik Harutyunyan Audi Q7 sürür.
Deputat Seyran Saroyan Hummer H2 və Mercedes-ə malikdir.
Deputat Tiqran Stepanyanın BMW X5-i varsa, onun həmkarı Melik Manukyan Lamborghini Aventador sürür.
7news.Az



























