Vergiləri ödəyə bilmədiyini, məmurların ona qarşı haqsızlıq etdiklərini və rüşvət tələb etdiklərini deyən Əhməd Şahbaz özünə od vurub.
24 yaşlı Əhməd xəstəxanaya aparılıb. Onun dəri örtüyünün 80 faizi yandığından kritik vəziyyətdədir.
Hadisə Pakistanın Multan şəhərində baş verib.
Şəhər meriyasının binasının qarşısına yollanan Əhməd Şahbaz məmur özbaşınalığından şikayətlənəndən sonra üstünə benzin tökərək özünə od vurub.
Yoldan keçənlər onu xilas etməyə çalışsalar da, Əhməd Şahbaz çox ağır yanıq xəsarətləri alıb.
Xəstəxanaya aparılmış Ə.Şahbaz intensiv terapiya bölməsinə yerləşdirilib./milli
7news.az










