Bu gün axşam saatlarında İmişli polisi Meliorasiya və Su Təsərüfatı ASC-nin İmişli hidroqovşağının rəisi Mirqoca Mirişovun xidməti avtomobilini saxlayıb.
Mirqoca Mirişovun 30 AA 080 dövlət nömrə nişanlı xidməti avtomobilini idarə edən sürücüsü və avtomobil İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Rəisin xidməti avtomobilinin işıqforun qırmızı işğında keçdiyi üçün saxlanıldığı bildirilir.
Mirqoca Mirişovun sürücüsü isə onun öz qardaşıdır. Son məlumatlara görə, avtomobil hazırda İmişli Rayon Polis Şöbəsinin cərimə meydançasındadır./avropa.info
7news.Az








