RU
09:54
3705

"Mən sərxoş olmamışam. Sadəcə kefim yox idi"

"Səhəri xoşagəlməz xəbərlə açdım. Hansı ki, mən sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışam".

Bu sözləri 7News.Az-a açıqlamasında tanınmış produsser Təranə Səmədova deyib.

O bildirib ki, sükan arxasında sərxoş halda olmayıb: "Sadəcə kefim yox idi. Məhz buna görə yol polisi əməkdaşları bir az mübahisəmiz oldu. İndi hər şey yaxşıdır".

09:47

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Tanınmış prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.
 
Yol polisi əməkdaşları "Hyundai" markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Məlum olub ki, sürücü, prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edib. 

Sürücü müqavimət göstərdiyinə görə, yol polisi əməkdaşları Post Patrul Xidmətindən yardım istəyiblər. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər və Təranə Səmədova məcburi qaydada tibbi müayinəyə aparılıb.
 
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 
Qeyd edək ki, Təranə Səmədova bir sıra layihələrin prodüseridir. Onun hazırda üzərində işlədiyi layihə tanınmış müğənni Azisin Bakıdakı konsertidir. O, konsertin meneceridir. /lent

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ