RU
12:41
491

"Məndən oyuncaq kimi istifadə edirdi" - Məşhur sevgililər ayrıldılar - FOTO

Britaniyada populyar "Love İsland" realiti-şousunun ulduzları Lora Andersonla Maks Morlinin münasibətləri kəsilib. Sevgililər ayrılıblar.

7News.Az The Sun-a istinadən bildirir ki, ayrılığın təşəbbüskarı 25 yaşlı Maksdır. Onun sözlərinə görə, 29 yaşlı stüardessa Lora Anderson ondan, sadəcə, yararlanıb: "Məndən oyuncaq kimi istifadə edirdi. Səbrim tükəndi və ayrılmağa qərar verdim".

Maksın sözlərinə görə, "Virgin" korporasiyasının sahibi, milyarder Riçard Brenson Loranı Barbadosa istirahətə dəvət edibmiş.

"Lora da mənə təklif etdi. Barbadosda havayı istirahətə necə razılaşmaya bilərdim?! "Virgin Holidays" bütün xərclərimizi ödəyəcəkdi. Barbadosa getdik və hər şey orada başlandı", - M.Morli söyləyib. Onun sözlərinə görə, R.Brensonun villasında təşkil olunmuş partidə Lora çox pis davranıb və ziyafəti yarımçıq tərk edərək Maksı da özü ilə aparıb.

 

"İmkan vermədi ki, partidə əylənim. Yarımçıq çıxdıq. Sonra da səhər saat 4-dək deyindi", - M.Morli söyləyib.

Onun sözlərinə görə, Barbadosda olarkən L.Anderson çoxsaylı fotosessiyalara çəkilib: "Bu fotolar guya Loranın xəbəri olmadan çəkilən şəkillər kimi təqdim olunurdu. Mən belə fırıldaqlara alət olmaq istəmədim".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ