RU
16:25
532

"Mənə baxıb dodaqlarını yaladı"

Türkiyənin tanınmış müğənnisi Nez "təcavüzə uğrayıb".

Müğənni axşam vaxtı əylənmək üçün bara gedib. O, getdiyi barın adını sosial şəbəkədə məkan olaraq paylaşıb. Bir neçə dəqiqə sonra naməlum şəxs tərəfindən müğənniyə özünün barda gizli çəkilmiş şəkli göndərilib. Daha sonra həmin şəxs müğənnini öpmək istəyib. Məkandan qaçaraq uzaqlaşan Nez dərhal polisə müraciət edib. Kamal adlı şəxs polis tərəfindən saxlanılıb.

7News.az "Cadde"yə istinadla bildirir ki, müğənni məhkəmədə başına gələnləri danışıb:

"Məkanda oturan zaman gizlicə çəkilmiş şəkillərim mobil telefonuma göndərildi. Çox qorxdum. Məkandan çıxdım. Mənə mesaj göndərən şəxsin adının Kamal olduğunu öyrəndim. O, mənə baxıb dodaqlarını yaladı. Evimə qədər məni izlədi. Kamalın cəzalandırılmasını tələb edirəm".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ