Aktyor Müşfiq Şahverdiyev özü ilə bağlı maraqlı fakt açıqlayıb.
Yumorist “Yeri gəlmişkən” verilişində küçədə insanların onunla rəftarından şikayətlənib:
“Məclisə girəndə hamıyla bir-bir görüşmək mümkün deyil, ümumi hamıyla salamlaşıram. Kiməsə salam verməyəndə arxamca deyirlər ki, “Əvvəli kim idi, buna bax”. Mən inkişaf etməliyəm də, elə pis gündə qalmayacağam ki... Küçədə gedirəm, kimsə yolun o tərəfindən başlayır qışqırmağa. Mən də aqressiv davranıram. Gəlib yaxınlaşır ki, “Efirdə belə deyilsiniz, xətrinizə dəydi?”. Deyirəm, "Mən xəstə deyiləm axı, normal adamam, ailə başçısıyam. Yol gedəndə də aktyorluq edib, atdanıb-düşməliyəm?". Belə olanda da başlayırlar ki, ulduz xəstəliyinə tutulub"./axsam
7news.az








