Bu gün Ankarada öldürülən Rusiyaya səfir Andrey Karlov kim idi.
Andrey Karlovun karyerasına nəzər yetirdikdə onun tanınmış siyasətçilərdən biri olduğu aydın görünür.
A. Karlov heç vaxt mühafizə xidmətindən və zirehli avtomobildən istifadə etməyib. Bunun səbəbini soruşduqda isə, o maraqlı cavab verirmiş:
"Mənə kimsə bir şey edə bilməz”
Əslində A. Karlov kim idi?
O, 1954-ci ildə Moskvada anadan olub. 1976-ci ildə SSRİ XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 1992-ci ildə isə Rusiya XİN-in Diplomatik akademiyasını bitirib.
Koreya və ingilis dillərində sərbəst danışan Karlov 1976-ci ildən diplomatik fəaliyyətə başlayıb.
1976-2008-ci illərdə XİN-in Mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə işləyib.
2001-2006-cı illərdə Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri olub.
2007-2009-ci illərdə Rusiya XİN-in Konsulluq departamentinin direktor müavini, daha sonra həmin departamentin direktoru olub.
2013-ci ilin iyulun 12-də Rusiya Federasiyasının Türkiyə Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub./olke.az
7news.Az








