.png)
"Qafqazinfo” məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirildi ki, Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlunun Kiyev şəhərində saxlandıqları və mühakimə olunmaları ilə bağlı səfirliyin məlumatı var: "Məlumatımıza görə, prosesdə İspaniya vətəndaşı olan ərəb mənşəli şəxs şikayətçi qismində iştirak edir. Prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib. Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna tərəfinə məktub ünvanlayıb. Yuxarıdakına əlavə olaraq bildirək ki, həbs müddətinin bitməsi tarixindən öncəyə artıq məhkəmə iclası təyin edilib”.
"Qafqazinfo” Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla da əlaqə saxlayıb. Diaspor rəhbəri açıqlamasında bildirib ki, Misir Qasımlının həbsi İspaniya vətəndaşı tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətlə bağlı olub: "Nəzərinizə çatdırım ki, Misir Qasımlı özü və onun ukraynalı vəkili diasporumuza, yəni bizim Ukrayna azərbaycanlıları birləşmiş diasporuna nə yazılı, nə də şifahi müraciət etməyiblər. Bir həftə öncə bizə bununla bağlı məlumat çatıb. Məlumatı aldığımız gün özü və vəkili ilə məsələ ilə bağlı söhbət etmişəm. Bundan sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun hüquqşünası və hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq məsələni araşdırmışıq. Hazırda Misir Qasımlının vəkili tərəfindən apellyasiya məhkəməsinə müraciət olunub ki, həbslə bağlı qərar ləğv edilsin. Dünən bizə Ədliyyə Nazirliyindən məlumat verdilər ki, iyulun 13-nə Misir Qasımlının məhkəmə prosesi təyin olunub və həmin prosesdə bizim vəkilimiz də iştirak edəcək. Həmçinin təşkilatımızın Misir Qasimlının azadlığa buraxılması ilə bağlı zamin durmasını özündə əks etdirən hüquqi sənəd məhkəməyə təqdim olunacaq.
Bildiyim qədərilə səfirlik bu məsələ ilə bağlı Ukraynanın Ədliyyə Nazirliyinə, Baş Prokurorluğuna və digər hüquq-mühafizə orqanlarına müraciət göndərib. Lakin İspaniya səfirliyi də öz vətəndaşlarının hüquqlarının pozulduğunu düşünür. Məsələnin obyektiv araşdırılması ilə bağlı bütün mövqeyimizi ortaya qoymuşuq. Ümid edirik ki, yaxın zamanda qazimiz azadlığa buraxılar”.
.png)
Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.








