ABŞ prezidenti postunu tərk etməkdə olan Barak Obamanın ailəsindəki Sanni adlı it qonağa hücum edib.
7News.az bildirir ki, köpək Barak Obamanın böyük qızı Maliyanın rəfiqəsinin üzündən dişləyib. İnsident Ağ Evdə yaşanıb.
Maliyanın rəfiqəsi 4 yaşlı Sannini sığallamaq istəyəndə it qəflətən qızın üzünü dişləyib.
Obamalar ailəsinin həkimi Ronni Cekson zərərdidəni müayinə edib və itin dişlədiyi yaraya tikiş qoyub.
Obamalar ailəsində Sanni ilə yanaşı, 8 yaşlı Bo adlı it də yaşayır. Onların ikisi də portuqal "dalğıc iti" cinsindəndir.//milli.az
7News.az











