RU
13:00
334

"Məni qəzada ölümdən atamın ruhu xilas etdi" - FOTO

"NASCAR" seriyasında ikiqat ABŞ çempionu 43 yaşlı Deyl Ernhardt 2004-cü ildə başına gələn hadisəni danışıb.

7News.Az "ölkə.az"-a istinadən bildirir ki, Deyl qəza zamanı xeyirxah ruh tərəfindən xilas edildiyini bildirib:

"Paranormal hadisələrin olduğuna inanıram. Ruhların olduğuna inanıram. Amma 2004-cü ildə baş verən hadisəyə qədər ruhların mövcudluğuna inanmırdım.

Bu hadisəni danışacam amma bir çoxları elə biləcək ki, mən ruhi xəstəyəm. 2004-cü ildə Kaliforniyadakı yarışda "Corvette" yarış maşını ilə qəzaya düşdüm. Maşın od tutub yananda kimsə məni dartıb çölə çıxardı".

Yarışçı əvvəlcə elə bilib ki, onu işçilərdən biri çıxardır:
"O, mənə əlini uzatdı və qolumdan tutaraq maşından çölə atdı. Oradan özüm çıxmamışam və çıxmağa cəhd etməmişəm. Amma yadımdadır ki, kimsə məni dartıb çıxardı və yerə atdı".

 

Bundan sonra huşunu itirmiş  Deyli xəstəxanaya aparıblar. Orada idmançı özünə gəlib və onu xilas edən şəxsə təşəkkür etmək istədiyini deyib. Amma ona deyiblər ki, belə bir hadisə olmayıb. Bu, idmançının paranormal hadisə ilə ilk tanışlığıdır.

Deyl "60 saniyə" verilişinə müsahibəsində qeyd edib ki, onu bəlkə də atasının ruhu xilas edib. Deylin atası da idmançı olub və 2001-ci ildə yarışda qəzaya düşərək həlak olub. "Daytona 500" yarışının sonuncu dövrəsində "Chevrolet" markalı maşın divara dəyib. İdmançı yerindəcə keçinib. Deyl bu yarışda atasından bir neçə yüz metr aralı olub və maşının salon güzgüsündə qəzanı görüb.

Həkimlər bildiriblər ki, idmançı yanan maşında 14 saniyə qalıb və ikinci dərəcəli yanıq xəsarəti alıb. Əgər kimsə onu yanan maşından çıxarmasaydı, Deyl kül ola bilərdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ