RU
“Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
14:29
377

“Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

15 oktyabr 2015-ci il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə QHT nümayəndələri, media kapitanları və ilk dəfə səs verən gəncləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə ASGA-nın sədri Səbuhi Abbasov isə çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: “Son statistik məlumatlara görə ölkəmizdə 125 Seçki dairəsi, 5386 Seçki məntəqəsi fəaliyyət göstərir. Ümumi seçicilərin sayı 5 093 289 nəfər təşkil edir ki, bunlardanda 2 436 603 nəfəri (48.21 faizi) kişi, 2 617 852 (51,79 faiz) qadınlar təşkil edir.Yaşı 18 olan, yəni ilk dəfə seçkilərdə iştirak edənlərin sayı isə 33 746 nəfər, yaşı 19-26 olan gənclərin sayı isə 879 292 nəfər təşkil edir. Bu da öz növbəsində bu tip layihələrin reallaşmasını zəruri edir. Bugün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bugün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”

Daha sonra ASGA Analitik təhlil mərkəzinin rəhbəri Azer Verdiyev çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində İKT imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı.

23 saylı Nəsimi-Səbail seçi dairəsinin 10 saylı Seçki Məntəqəsinin sədri Fuad Rəsulov isə ilk dəfə səs verən gəncləri seçki prosesi ilə əyani tanış etdi.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcəkdir.

DSC_0086DSC_0108DSC_0109DSC_0111DSC_0112DSC_0113

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ