RU
“Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ layihəsi çərçivəsində hazırlıq görüşü keçirilib
14:48
305

“Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ layihəsi çərçivəsində hazırlıq görüşü keçirilib

12 oktyabr 2015-ci il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində hazırlıq görüşü keçirilib. Tədbirdə QHT nümayəndələri, media kapitanları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə ASGA-nın sədri Səbuhi Abbasov isə çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: “Bugün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bugün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”

Daha sonra ASGA Analitik təhlil mərkəzinin rəhbəri Azer Verdiyev çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində İKT imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı.

23 saylı Nəsimi-Səbail seçi dairəsinin 10 saylı Seçki Məntəqəsinin sədri Fuad Rəsulov isə ilk dəfə səs verən gəncləri seçki prosesi ilə əyani tanışlığı vacib olduğunu dedi.

Daha sonra AMEA-nın əməkdaşı, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində İKT imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcəkdir.

DSC_0002DSC_0005DSC_0031DSC_0072DSC_0089DSC_0146

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ