RU
Mənşəyi bilinməyən əti müsadirə edildi
14:55
525

Mənşəyi bilinməyən əti müsadirə edildi

Yevlax rayon sakinlərindən mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb.

Noyabrın 29-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Yevlax rayonunun Aşağı Bucaq kənd sakinləri Nizami Kərimova məxsus həyətyanı sahədən 170 kiloqram, Telman Rəsulova məxsus həyətyanı sahədən isə 181 kiloqram mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb. Nümunələr Dövlət Baytarlıq Xidmətinin ekspertizasına təhvil verilib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ