RU
Mənzildə köməksiz qalan xilas edildi
00:00
447

Mənzildə köməksiz qalan xilas edildi

Bakının Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 Fövqəladə Hallar Nazirliyinin (FHN)  verdiyi xəbərə görə, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısının kilidini xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq daxil olub. Xilasedicilər mənzilə baxış keçirərkən məlum olub ki, vətəndaş vanna otağının qapısının kilidinin sınması nəticəsində içəridə köməksiz qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək vanna otağının qapısını açaraq vətəndaşı aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 21:36-da başa çatıb./lent.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ