Bakıda mənzildə 86 yaşlı qocanın cəsədi aşkar edilib.
7news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1929-cu il təvəllüdlü Lavrenov Qriqoriy bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Lavrenovun cəsədi aidiyyəti üzrə təhvil verilib.
7news.az








