RU
​Məqsədli şəkildə nüfuzlu şəxsləri videoya çəkib, şantaj edirlər - Elman Nəsirov
12:28
288

​Məqsədli şəkildə nüfuzlu şəxsləri videoya çəkib, şantaj edirlər - Elman Nəsirov

Müassir texnologiyanın müsbət tərəfləri çox olsa da, eyni zamanda bundan şantaj, təhdid vasitəsi kimi də istifadə edirlər. Xarici ölkədə oturub, Azərbaycandaki ictimai-siyasi nüfuzu olan şəxslərə qarşı belə çirkin yollarla təsir etməyə, onlardan pul qoparmağa çalışırlar.

Bu sözləri Azadinfo.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu halların qarşının almaq üçün cəmiyyət o qruplara qarşı sərt mövqe ortaya qoymalıdır:

"Baxın, onların hədəfində siravi insanlar yoxdur. Onlar ancaq siyasi –ictimai nüfuzu olanları seçib, hədəfə alırlar. Xüsusilə hakimiyyətlə bağlı olan insanları qaralamağa, iqtidarın haqqında mənfi fikir formalaşdırmağa çalışırlar.

Həmçinin, ölkədə nüfuzlu insanlara qarşı ictimaiyyət arasında etibarsızlıq, güvənsizlik yaradırlar.  

Necə ki, oğrular ev talamaq istəyərkən ancaq xarici görnüşü gözəl, dəb-dəbəli, yəni imkanlı və pullu adamların evlərini seçir, bu şəxslər də eyni formada pulu, nüfuzu olan şəxsləri hədəfə alırlar. Bunun üçün artıq özləri üçün ənənəvi yol da hazırlayıblar. Belə ki, xüsusilə çılpaq vəziyyətdə olan xanımlar vasitəsi ilə zəng edib, danışıq yaratmağa çalışırlar. Hətta imtina etsən belə israrla zəng edirlər. Çalışırlar ki, adam onların tələsinə düşsün. Bir dəfə açıb danışsan, üzünü göstərsən kifayət edir. Qalan görüntüləri də müxtəlif montaj vasitələri ilə özləri düzəldir.

Hesab edirəm ki, burada ictimai qınaq çox önəmli bir məsələdir. Həmin qruplar cəmiyyətdə ən sərt formada tənqid olunmalıdır. Bilmək lazımdır ki, hər kəs hansısa formada bu insanların tələsinə düşə bilər.

Xüsusilə, hüquq mühafizə orqanları da bu istiqamətdə fəaliyyəti gücləndirməlidir”./ AZADİNFO.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ