Mərakeş ölkəyə turist kimi daxil olan və jurnalist olduqlarını bildirməyən iki fransızın deportasiya edildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib. Baytaş iki fransız jurnalistin ölkəyə turist kimi daxil olduğunu, peşələrini bəyan etmədiklərini və icazə almadıqlarını bildirib. Baytaş qeyd edib ki, sözügedən jurnalistlərin qanuna uyğun olaraq ölkələrinə geri göndərilməsi normaldır.
7NEWS.az








