RU
Mərakeş sahillərində 56 qeyri-qanuni miqrant xilas edilib
10:37
25

Mərakeş sahillərində 56 qeyri-qanuni miqrant xilas edilib


7NEWS.az xəbər verir ki, Mərakeş rəsmi agentliyi MAP-ın xəbərində təhlükəsizlik mənbələrinin mövzu ilə bağlı açıqlaması yer alıb. Xəbərə görə, Kral Donanmasının sahil mühafizə bölməsi Atlantik Okeanında Mərakeşin cənubundakı Tan-Tan şəhəri sahilində Saharaaltı Afrika ölkələrindən olan 56 qeyri-qanuni miqrantı xilas edib. Xilas edilənlər ilk tibbi müayinələrdən keçdikdən sonra sağ-salamat Tan-Tan limanına aparılıb və lazımi prosedurların başlanması üçün aidiyyəti üzrə təhvil verilib. Mərakeş Daxili İşlər Nazirliyi iyun ayında verdiyi açıqlamada bu ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alındığını və 3 150 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlamışdı.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ