RU
Mərakeşdə zəlzələ qurbanlarına yardım tədbirləri davam edir
16:13
54

Mərakeşdə zəlzələ qurbanlarına yardım tədbirləri davam edir


Növbəti 5 il ərzində zəlzələdən zərər çəkmiş 6 rayona 12 milyard dollar vəsait ayrılıb. Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə bir il ərzində ayda 250 dollar paylamağı planlaşdırdığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Mərakeşdə 3 minə yaxın insanın həyatını itirdiyi zəlzələnin ardından qeyri-hökumət təşkilatları ilə yanaşı dövlət qurumları da yaralarını sağaltmaq üçün işlərə başlayıb. Rəsmi açıqlamalara görə, episentri Mərakeşin El-Huz bölgəsində sentyabrın 8-nə keçən gecə baş verən 7 bal gücündə zəlzələ nəticəsində təxminən 60 min ev qismən və ya tamamilə dağılıb. Bölgədəki əhalinin üçdə ikisinə bərabər olan 2,8 milyon insan zəlzələdən zərər çəkib. Zəlzələdən zərər çəkənlər düşərgələrdəki çətin həyat şəraitinə alışmağa çalışarkən, yardım və dəstək tədbirləri davam edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ