RU
13:10
314

"Mercedes" "KamАZ"la toqquşdu: 1 ölü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Qaravəlli kəndində "Mercedes" markalı minik avtomobili və "KamАZ" markalı yük avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ